Lavrov: “Rusiya Fələstin-İsrail danışıqlarını bərpa etməyə çalışacaq”

image-sergey-lavrovbackend

Rusiya Fələstin və İsrail arasında birbaşa danışıqların bərpası üçün təzyiqləri davam etdirəcək və bu, BMT qərarlarının həyata keçirilməsinin yeganə yoludur.

Busaat.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov tunisli həmkarı Nabil Əmmarla danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Biz birbaşa Fələstin-İsrail danışıqlarının bərpası üçün təzyiqləri davam etdirəcəyik. Bu, BMT-nin mövcud qərarlarını həyata keçirməyin yeganə yoludur”, – rusiyalı diplomat söyləyib.

Bununla əlaqədar olaraq, Lavrov Fələstin məsələsini məlum beynəlxalq hüquqi əsaslarla həll etmədən bütün Yaxın Şərq regionunda vəziyyətin uzunmüddətli yaxşılaşmasına nail olmağın çətinliyinə işarə edib.

Bundan əvvəl Fələstinin Moskvadakı səfiri Abdel Hafiz Nofəl TASS-a bildirib ki, Fələstin və İsrail arasındakı münaqişə son dərəcə təhlükəlidir. Çünki o, dini müharibəyə çevrilə bilər.

Bundan əlavə, Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxış edərək dünya təşkilatını fələstinlilər qarşısında öhdəliklərini yerinə yetirməyə çağırıb. Həmçinin, təşkilatı bütün ölkələrin iştirakı ilə Yaxın Şərq üzrə sülh konfransı qurmağa təşviq edib ki, maraqlı tərəflər Fələstin məsələsini BMT qətnamələri əsasında həll etsin.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90