Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.42 $▲1.08%
  • WTI neft86.66 $▲1.16%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.290 $▲2.40%
  • Qızıl4 051 $▼1.79%
  • Gümüş52.40 $▼1.59%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda593.75 ¢▲0.85%
  • Bitcoin73 688 $▼0.01%
  • Ethereum2 066 $▲0.76%
  • S&P 5007 521▼0.37%
6°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Gündəm

Lavrovdan Fərrux kəndi ilə bağlı açıqlama

image-lavrov
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir”.

Busaat.az  TASS-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

“Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdır, bunu öz prioritetlərindən biri kimi saxlayır. Bu vəziyyətin deeskalasiyası baxımından “yerdə” müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq”, – deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Rusiya rəsmilərinin, xüsusilə Rusiya Müdafiə Nazirliyinin Xocalının Fərrux kəndindəki durumla bağlı açıqlamaları əvvəllər də Azərbaycan tərəfinin sərt reaksiyasına səbəb olmuşdu.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi olaraq yaydığı bəyanatda qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=79108