Lavrovdan Paşinyanın sülhməramlılarla bağlı fikrinə – Münasibət

image-lavrovbackend

“Moskva Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətinin detallarını dəqiqləşdirməklə bağlı təkliflərini hələ görməyib”.

Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bu suala cavab vermək mənim üçün çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik”, – deyə o əlavə edib.

Lavrovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiyanın əldə etdiyi üçtərəfli razılaşma ilə bağlı istənilən tərəfin əlavə təklif vermək hüququ var: “Lakin hələlik biz onları görməmişik”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasında qeyd edib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti suallar doğurur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90