Lənkəranda yağır qəza – yaralılar var

image-img_6396backend

Lənkəranda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb.

“VAZ-2107” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 5 nəfər Lənkəran rayonunun Havzava kənd sakinləri – 1976-cı il təvəllüdlü Kəsirə Xudaverdiyeva, 1984-cü-cü il təvəllüdlü Kərim Əliyev, 2010-cu il təvəllüdlü A.Xudaverdiyev, 2011-ci il təvəllüdlü K.Kərimli və 2012-ci il təvəllüdlü A.Kərimli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki