Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft99.92 $▼0.41%
  • WTI neft91.61 $▼0.47%
  • Avropa qazı (TTF)89.64 €▲5.42%
  • Təbii qaz (ABŞ)2.995 $▲0.40%
  • Qızıl4 053 $▲0.08%
  • Gümüş51.43 $▲0.04%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda596.00 ¢▲0.21%
  • Bitcoin75 523 $▼0.58%
  • Ethereum2 224 $▼0.49%
  • S&P 5007 354▼4.36%
11°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
İqtisadiyyat

“Lirənin ucuzlaşmasının Azərbaycana təsirləri qaçılmazdır” – İqtisadçıdan şərh

image-1616572431_lire3656
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Türkiyədən gətirilən məhsulların həcmi artacaq, qiymətində isə müəyyən azalmaları müşahidə edə bilərik.”

Bu sözləri türk lirəsinin dəyərdən düşməsinin ölkəmizlə iqtisadi əlaqələrinə təsirini şərh edən Natiq Cəfərli Busaat.az-a açıqlamasında deyib.

İqtisadçı bildirib ki, türk lirəsinin dəyərdən düşməsi Türkiyənin özünün daxilində olan  xarici, iqtisadi problemlərdən qaynaqlanır. Turizm mövsümünün yaxşı keçməməsi və valyuta gəlirlərindən məhrum olması kimi bir çox səbəblər nəticə etibarilə türk lirəsinin ucuzlaşmasına təsir göstərdi.

Natiq Cəfərli: "Karantin qaydaları yumşaldılmalıdır, amma hər kəs maskadan istifadə etməlidir"

“Əlbəttə ki, bu müəyyən dərəcədə qonşu ölkələrə, eləcə də Azərbaycana da təsirləri olacaq. İlk növbədə Türkiyənin ixracatında müəyyən artım ola bilər. Yəni Azərbaycana daha çox türk mallarının gətirilməsi gözlənilir. Çünki türk lirəsi ucuzlaşdıqca ölkəmizə idxal artır. Ancaq bu hələki qiymətlərə təsir göstərmir. Əslində Türkiyədən gələn məhsulların qiymətləri də ucuzlaşmalıdı. Bir müddətdən sonra türk lirəsi bu cür aşağı məzənnədə qalsa, o zaman Türkiyədən gətirilən məhsulların həcmi artacaq, qiymətində isə müəyyən azalmaları müşahidə edə bilərik.

Türkiyədə lirənin dəyərdən düşməsi ölkədə məzənnə gərginliyi yaratsa da, ölkəmizdə Azərbaycan manatına elə də ciddi problem yaratmır. Çünki, neft qiymətləri yüksəkdir və neft qiymətlərinin yüksək  olması manatın məzənnəsinə dəstək verən əsas amildir.”

Nərmin Kərim

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=61104