
“Liverpul” ilk dəfə dünya çempionu oldu
Qətərdə keçirilən futbol üzrə klublararası dünya çempionatı yekunlaşıb.
Busaat.az xəbər verir ki, Dohadakı “Halifa İnternational” stadionunda “Liverpul” və “Flamenqo” komandaları qarşılaşıb.
Matçın əsas hissəsində qapılara qol vurulmadığından əlavə vaxt təyin edilib. Qarşılaşmanın 99-cu dəqiqəsində Roberto Firmino topu “Flamenqo”nun qapısından keçirərək, “Liverpul”u hesabda ön çıxarıb – 1:0. Bu, matçda vurulan yeganə qol olub. “Liverpul” yeganə qolla klublararası dünya çempionatının qalibi olub.
Bu, “Liverpul”un klublararası dünya çempionatının qalibi kimi ilk qələbəsi olub.























