Londonda yəhudi restoranına hücum edilib

image-london-yehudi-restorani-hucumbackend
image-uzb_ads_desk

Fələstin-İsrail münaqişəsinin kəskinləşdiyi bir vaxtda Londonda yəhudi restoranı vandalların hücumuna məruz qalıb.

Busaat.az xəbər verir ki, bu barədə “Independent” qəzeti məlumat yayıb.

“Londonun şimal-qərbində yerləşən, kaşrut yeməklərin verildiyi restoran vandalların hədəfinə çevrilib”, – nəşr bildirib.

Qeyd edilib ki, cinayətkarlar şüşə qapını sındıraraq kassadan pul oğurlayıblar.

London polisi bildirib ki, İsrail və Fələstin arasında gərginləşən qarşıdurma fonunda asayişi qorumaq üçün şəhərin bəzi yerlərində patrulları artırıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki