
Lukaşenkodan qiymət artımları ilə bağlı QADAĞA
Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda qiymət artımına qadağa qoyulması barədə göstəriş verib.
Busaat.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.
“Ayın 6-dan hər hansı qiymət artımı qadağandır. Bu gündən. Sabah yox, bu gündən…”.
Belarus prezidenti bu qərarı niyə verdiyini açıqlayıb.
“Çünki, baş nazirin dediyi çılğın artımdan sonra qiymətlər də bir o qədər bahalaşıb. Bu gün isə qiymətlər hədsiz dərəcədə artıb. Onlar tavanı vurublar. Qiymətləri daha da qaldırmağa ehtiyac yoxdur. Amma istisnalar var. Və bu istisnalar nazirin və qubernatorların nəzarətindədir”, – deyə o, bildirib.
Lukaşenko həmçinin obyektlərin bağlanması və ya bazarı tərk etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
Yeganə























