Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 782 $▲0.07%
  • Ethereum2 238 $▲0.14%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
  • USD1.7000
  • EUR1.9148▲0.0051
  • 100 RUB2.0782▼0.0014
  • GBP2.2935▲0.0054
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2549▲0.0006
  • GEL0.6554▲0.0006
  • 100 KZT0.3757▼0.0002
  • UAH0.0373
  • 100 JPY1.0765▼0.0006
  • CHF2.0878▲0.0046
Son dəqiqə

Maaş və pensiya ilə bağlı mühüm xəbər yayıldı – Hazır olun…

image-pensiya-tqaud-bankomat-atm
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyaların stabil qalacağı iddia edilir. Məlumata görə, 2026-cı il dövlət büdcəsində bu istiqamətdə artım nəzərdə tutulmayıb. Ekspertlər hesab edirlər ki, dünyada yaxınlaşan iqtisadi böhran fonunda əhali belə vəziyyətlərə hazır olmalı, iqtisadi planlamasını ona uyğun qurmalıdır.

Busaat.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, növbəti dövrdə sosial və iqtisadi sahədə çətinliklərin olacağı gözlənilir:

“Çünki fiziki şəxslərin gəlir vergisi artır və proses belə davam edəcək. Bu, həm əhalinin sosial-iqtisadi vəziyyətinə, həm də sahibkarlara mənfi təsir göstərəcək. Xidmət və digər sahələrdə fəaliyyət göstərən sahibkarların dövriyyəsinin azalması da mümkündür. Pensiyalar və minimum əməkhaqqının real dəyəri azalacaq. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hazırda inflyasiya səviyyəsi 6 faizdir. Azərbaycan Mərkəzi Bankı (AMB) da eyni göstəricini proqnozlaşdırır, lakin müstəqil iqtisadçılar inflyasiyanın ikirəqəmli olduğunu bildirirlər. Bu baxımdan, əhalinin real gəlirlərinin azalacağı, iqtisadi artımın zəifləyəcəyi gözlənilir. Qeyri-neft sektorunun inkişafı hələ də qonşu ölkələrlə müqayisədə xeyli geridə qalır. Neft sektorunun da tədricən kiçilməsi fonunda bu vəziyyət daha da mürəkkəbləşir”.

İqtisadçı bildirib ki, yaranan vəziyyətdən çıxış yolu real iqtisadi islahatlardır:

“Hazırkı fiskal və monetar siyasət iqtisadi inkişaf üçün səmərəli deyil. Büdcə, vergi və dövlət investisiya siyasətində ciddi itkilər mövcuddur. Bundan əlavə, səhiyyə, təhsil, kənd təsərrüfatı, ekologiya və enerji kimi sektorlarda da ciddi struktur problemləri qalır. Bu sahələrdəki itkilər inflyasiyanın artması, ümumi daxili məhsulun (ÜDM) azalması, maaş, minimum əməkhaqqı və pensiyaların real dəyərinin aşağı düşməsi ilə nəticələnir”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=175318