Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq

image-1708349052-17083455684046044125_1200x630-1backend

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb.

Busaat.az xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin yeni heyətində yer almaq istəmədiyini bildirib: “AŞF-nin qarşısında duran mühüm işləri və istedadlı şahmatçılarımızın günü-gündən artdığını nəzərə alaraq, bütün fikrimi şahmata yönəltmək fikrindəyəm. İcraiyyə Komitəsinin heyətinin kimlərdən ibarət olacağı dəqiq deyil. Amma mən birmənalı olaraq getmək istəyirəm”.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki