“Makron 48 saat ərzində yeni baş naziri təyin edəcək” – Lekornu 

image-28backend

“Fransa prezidenti Emmanuel Makron yaxın 48 saat ərzində yeni baş naziri təyin edəcək”.

Busaat.az xəbər verir ki, bu barədə hazırkı baş nazir Sebastien Lekornu “France 2” televiziyasına müsahibəsində bildirib.

Baş nazir digər partiyalarla danışıqlar aparmaq missiyasının başa çatdığını açıqlayıb.

O, baş nazir postuna qayıtmağın mümkünlüyünü istisna edib, lakin çıxış yolunun mövcud olduğunu təkid edib və 2027-ci il üçün prezidentlik ambisiyalarından tamamilə ayrılmış hökumətin formalaşdırılmasına çağırıb.

Bundan əlavə, Lekornu yeni parlament seçkiləri ehtimalını rədd etdi.

“Milli Assambleyada buraxılmanın əleyhinə olan mütləq çoxluq var. 210 deputat sabitlik platformasını dəstəkləyir. Bu çoxluq Makronun yeni baş naziri təyin etməsi üçün əsas yarada bilər”, – deyə o qeyd edib.

Eyni zamanda, Lekornu Makronun bəzi keçmiş müttəfiqlərinin 2026-cı il büdcəsi qəbul edildikdən sonra istefaya getməsi ilə bağlı çağırışlarını qətiyyətlə rədd edib.

“İndi prezidenti dəyişməyin vaxtı deyil”,-deyən baş nazir qlobal qeyri-sabitliyi və hökumətin ən yüksək səviyyələrində sabitliyin qorunması üçün əlavə səbəblər kimi Fransanın diplomatik rolunu göstərib.

Lekornu həmçinin qeyd edib ki, yeni büdcə layihəsi bazar ertəsi, oktyabrın 13-də parlamentə təqdim olunacaq. Onun sözlərinə görə, Milli Assambleya hazırda birgə büdcəni razılaşdırmağa mahiyyətcə hazır olan bir neçə siyasi partiyanın çox nisbi əksəriyyətinə malikdir.

“Bu, mükəmməl olmayacaq. Çoxlu müzakirələr olacaq. Siyasi böhran həll edilməli, hökumət qurulmalı və parlamentdə real müzakirələr başlamalıdır”, – deyə baş nazir bildirib.

Yeganə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki