Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi cümə günü, martın 3-də Tehrana gələcək.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Fars xəbər agentliyi yayıb.
Xəbərdə deyilir ki, səfər zamanı Qrossi İran rəsmiləri ilə görüşəcək və şənbə günü, martın 4-də onlarla “müxtəlif məsələləri” müzakirə edəcək.
Mehr xəbər agentliyi İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslamiyə istinadən xəbər verib ki, MAQATE baş direktoru qarşıdan gələn iki gündə İran paytaxtına gələcək.
Dekabrın sonunda Politico yüksək rütbəli avropalı diplomatlara istinadən xəbər verib ki, Qrossi İranın nüvə proqramı ətrafında vəziyyəti müzakirə etmək üçün yanvarda Tehrana səfər edə bilər.