
Mariya Zaxarova: Ukrayna tərəfdən döyüşən əcnəbilərin həyatına görə Rusiya məsuliyyət daşımır
“Rusiya Ukraynada hərbi əməliyyatlarda iştirak etməyə qərar verən əcnəbilərin həyatına görə məsuliyyət daşımır”
Busaat.az-ın xəbərinə görə bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Rusiya hərbçilərinə qarşı istənilən silahlı fəaliyyət dərhal dayandırılacaq” deyə Mariya Zaxarova əlavə edib.
Busaat.az bu barədə RiaNovosti-yə istinadən xəbər verir.
Fevralın 24-də Vladimir Putin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üzrə xüsusi əməliyyatın başlandığını elan edib. Rusiya ordusu qonşu dövlətin hərbi obyektlərinə hücum edir, hər iki tərəfdən itkilər var.
Ukraynaya xarici muzdlular gəlir, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar Qərbin verdiyi silahlardan istifadə edərək təxribatlar hazırlayırlar.
Kiyevdə Ukrayna tərəfindən münaqişədə iştirak etmək istəyən əcnəbilərin ümumi sayının 20 minə yaxınlaşdığı bildirilib.
Busaat.az























