Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.34 $▼0.94%
  • WTI neft90.41 $▼0.77%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.021 $▼0.07%
  • Qızıl4 134 $▲0.16%
  • Gümüş53.01 $▼0.12%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.75 ¢▼0.13%
  • Bitcoin74 446 $▼0.37%
  • Ethereum2 130 $▲0.26%
  • S&P 5007 377▲0.27%
8°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Maska tələbi ilk olaraq bu məkanlarda ləğv olunacaq – AÇIQLAMA

image-tibbi_maska_0247
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda qapalı məkanlarda maska tələbinin ləğv edilib-edilməməsi mövzusuna münasibət bildirərək məsələyə baxıldığını və yəqin ki, müəyyən qərarların veriləcəyini deyib.

Maraqlıdır, ilkin olaraq hansı istiqamətdə maska tələbi ləğv edilə bilər? Yəni bu məsələ etap-etap həyata keçirilə bilərmi?

Mövzu ilə bağlı danışan deputat Fazil Mustafa yemək verilməyən qapalı ortamlarda maska tələbinin ləğv edilə biləcəyini deyib:

“Açıq məkanlarda maska tələbinin olması mütləq deyil. Qapalı məkanlarda isə bəzi yerlərdə maska tələbi qüvvədə qalmalıdır. Müəyyən qapalı yerlərdə maska tələbi ləğv edilə bilər. Məsələn, toy-yas yerləri elədir ki, burada maska taxmaq məsələsi bir qədər absurddur. Belə yerlərdə maskaya nəzarəti gerçəkləşdirmək mümkün olmur. Lakin iclas və auditoriyalarda keçirilən tədbirlər üçün maska tələbi ola bilər.

Ümumilikdə yemək məclisi qurulmayan auitoriyada maska tələbi qala bilər. Hər halda bu istiqamətdə müəyyən işlər görülür və müvafiq qərarlar veriləcək”, -deyə müsahibimiz qeyd edib.

Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 792 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 252 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 233 nəfər aktiv xəstə sayını təşkil edir.

Sfera.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=74837