Məzmuna keç
  • Azeri Light126.00 $▲3.04%
  • Brent neft113.43 $▲1.21%
  • WTI neft104.12 $▲0.92%
  • Avropa qazı (TTF)103.94 €▲6.60%
  • Təbii qaz (ABŞ)2.898 $▲0.03%
  • Qızıl3 899 $▼2.62%
  • Gümüş49.28 $▼4.01%
  • Pambıq78.13 ¢▼0.12%
  • Buğda603.50 ¢▼0.54%
  • Bitcoin77 434 $▲0.33%
  • Ethereum2 245 $▲0.18%
  • S&P 5007 580▼1.83%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
  • USD1.7000
  • EUR1.9019▲0.0074
  • 100 RUB2.0923▼0.0195
  • GBP2.2760▲0.0115
  • TRY0.0340▼0.0001
  • AED0.4628
  • CNY0.2553▲0.0001
  • GEL0.6551▼0.0003
  • 100 KZT0.3753▲0.0020
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0800▲0.0028
  • CHF2.0675▲0.0157
Gündəm

“Mədəniyyət” kanalının yeni direktoru kim olacaq?

image-218092_qd5eucvugv
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Mədəniyyət” telekanalının direktoru vəzifəsi bir müddətdir boşdur.

Busaat.az-ın məlumatına görə, daha öncə “Mədəniyyət” kanalının direktoru vəzifəsini Əməkdar artist Ramil Qasımov icra edirdi. Ramil Qasımovun 2020-ci il dekabrın 18-də Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin olunmasından sonra bu posta təyinat baş tutmayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məsələ ilə bağlı Axşam.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, “Mədəniyyət” kanalında iş öz axarı ilə gedir:

“Direktor hələlik təyin olunmasa da bildiyiniz kimi, sədr müavinləri və bilavasitə bu işlə məşğul olan direktor müavinləri, həmçinin kanalın bədii rəhbəri, baş rejissoru, prodüserləri var ki, onlar da kanalla bağlı bütün zəruri tədbirləri görür, yeni layihələr hazırlayırlar. Mədəniyyət kanalının yeni direktorunun kim olacağı barədə suala aydınlıq gələn kimi ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, “Mədəniyyət” telekanalının direktor müavinlərinin sayı 5 nəfərdir. İlham Rəhimli, Hikmət Yaqubov, Emil Şahzadə, Lamiyyə Ələkbərova və Bəhruz Niftəliyev hazırda bu vəzifənin icrası ilə məşğuldurlar.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=37410