Medvedçukun ailəsinin əmlakına həbs qoyuldu

image-medvedbackend

Ukraynanın Lvov şəhərinin Lıçakovski Rayon Məhkəməsi ukraynalı siyasətçi Viktor Medvedçukun ailəsinin 154 nəqliyyat vasitəsi və daşınmaz əmlakına həbs qoyub.

Busaat.az  xəbər verir ki, bu barədə məlumatı “Strana” yayıb.

Məlumata görə, həbs qoyulan əmlaklar arasında 26 avtomobil, 30 torpaq sahəsi, 23 ev, 32 mənzil, 17 parkinq yeri və yaxta var.

Xatırladaq ki, aprelin 12-si rusiyayönümlü mövqeyi ilə tanınan ukraynalı siyasətçi Viktor Medvedçuk Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında Medvedçukun əlləri qandallı fotolarını paylaşıb.

Aprelin 13-ü Medvedçukun həyat yoldaşı Oksana Marçenko Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ərinin azad edilməsi üçünkömək istəyib: “Cənab Prezident, siz dinc dialoqun tərəfdarısınız. Həyat yoldaşımın həyatına görə qorxuram. Sizin nüfuzunuz böyükdür. Onlar sizə hörmət edir, sizi dinləyirlər. Öz təsir gücünüzdən həyat yoldaşımın xilası naminə istifadə etməyiniz üçün yalvarıram”.Qafqazinfo

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90