
Medvedev “Tomaqavk” raketləri ilə bağlı zarafat etdi
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın sualını cavablandırarkən “Tomaqavk” raketləri ilə bağlı zarafat edib.
Busaat.az xəbər verir ki, yazı siyasətçinin “Max” kanalında yer alıb.
ABŞ prezidenti Kiyevin “Tomaqavk” raketləri Ukraynaya çatdırılacağı təqdirdə onlardan necə istifadə etməyi planlaşdırdığını soruşub.
“Yaxşı, onların nə edəcəyi bəllidir: Parisi, Berlini və Varşavanı vuracaqlar. Hətta ABŞ prezidenti də bu barədə məlumatlı olmalıdır”, – deyə Medvedev yazıb.
Siyasətçi həmçinin qeyd edib ki, Tramp Nobel Sülh Mükafatına doğru Vaşinqtonun keçmiş prezidenti Co Baydenin yolu ilə getmək niyyətindədir.
Yeganə























