Əfsanəvi boksçu Məhəmməd Əlinin nəvəsi Niko Uolş növbəti döyüşünü keçirib.
Busaat.az xəbər verir ki, 22 yaşlı amerikalı boksçu həmyerlisi Alexandro İbarra ilə üz-üzə gəlib. Uolş elə ilk raundda rəqibini nokauta salıb.
Qeyd edək ki, Uolş peşəkar karyerasında 5 döyüş keçirib və məğlubiyyətlə üzləşməyib. O, bu döyüşlərdən 4-də nokautla qalib gəlib.