Məktəblərdə tədris dayandırılır?— Nazirlik açıqlama verdi

image-mekteb-koronabackend

Bu gün 20 nömrəli mərkəzi məktəbin koronavirus yoluxmasına görə, iki həftəlik bağlanılması məktəblərin bağlanması ilə bağlı söhbəti bir az da aktuallaşdırıb.

Bəzi ekspertlər isə belə bir vəziyyətdə tezliklə təhsilin təcili distant formaya qaytarılmasını zəruri sayıblar.

BDU və ADNSU-da bəzi kurslarda tədrisin distant formaya keçməsi də belə bir vəziyyətin qaçılmaz olduğu barədə fikir formalaşdırıb.

Bəs, real vəziyyət necədir, distant təhsilə qayıtmaq zərurəti yaranıbdırmı?

Bizim.Media məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib.

Qurum saytımızın göndərdiyi rəsmi sorğuya cavab olaraq bildirib ki, bu barədə heç bir məlumat olmadığı üçün yayılan xəbərlər əsassızdır.

“Qeyd olunan məsələ ilə bağlı müvafiq qurumlar tərəfindən qərar olduğu halda ictmaiyyətə məlumat veriləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90