Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.00 $▲0.31%
  • WTI neft88.51 $▲0.14%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.309 $▼1.08%
  • Qızıl3 904 $▼0.35%
  • Gümüş50.03 $▼0.46%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.25 ¢▲0.08%
  • Bitcoin68 666 $▼3.79%
  • Ethereum1 931 $▼4.30%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Mərkəzi Bankdan vacib qərar: Bu şəxslərin kredit alması... (VİDEO)

image-1641965518_merkezi_bank_57
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək.

Qaynarinfo xəbər verir ki, Mərkəzi Bank bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır.

İqtisadçı Rəşad Həsənov “Xəzər Xəbər”ə bildirib ki, Mərkəzi Bank qəbul etdiyi meyarlarla müəyyən mənada bu istiqamətdə əvvəlcədən qabaqlayıcı tədbirlər görməyə çalışır. Kommersiya bankının, rəsmi gəlirinin yarısı və ya yarısından yüksək məbləğdə kredit götürmək istəyən vətəndaşdan yüksək faiz alması sərfəsiz olacaq. Çünki, orta faiz dərəcəsi və onun dörddə birinin cəmindən yüksək olan faizlər ilə verilən istehlak kreditləri bankların aktivləri üzrə risk əmsalını artıracaq.

“Bu gün Mərkəzi Bank tərəfindən qəbul edilən qərar istehlak kreditlərinə çıxış imkanlarını müəyyən mənada çətinləşdirməklə gələcəkdə bu istiqamətdə borclanma səviyyəsinin artmasının qarşısını almağa, risklərin qismən azaldılmasına hədəflənməklə yanaşı, faizlərin də ağlabatan səviyyədə olmasını təmin etmə istiqamətlidir” – deyə ekspert vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84002