“Yeşilçam”ın aktrisalarından olan Sevda Ferdağ vəfat edib.
Busaat.az axşam.az-a istinadən bildirir ki, aktrisa bu gün səhər saatlarında Cihangirdəki evində 81 yaşında dünyasını dəyişib.
Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib.
Qeyd edək ki, Ferdağ 1958-ci ildə rol aldığı “O günden sonra” filminin uğursuz olması səbəbindən Almaniyaya köçüb. 1963-ci ildə ölkəsinə dönən aktrisa “Azrailin habercisi” filmi ilə izləyicilərin qarşısına çıxıb. Bu filmi ilə uğuru əldə edən Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın ekran işində rol alıb.