
Məşhur bəstəkarın oğlu yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.
Busaat.az Mərkəzi Banka istinadən xəbər verir ki, onun yerinə Anar Mansurov təyin olunub.
Bu barədə qurumun sədri Taleh Kazımov əmr imzalayıb.
Qeyd edək ki, A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, Xalq artisti Eldar Mansurovun oğludur.























