Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.51 $▼0.20%
  • WTI neft88.19 $▼0.23%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.326 $▼0.57%
  • Qızıl3 920 $▲0.04%
  • Gümüş50.20 $▼0.11%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda591.00 ¢▲0.04%
  • Bitcoin68 627 $▼3.85%
  • Ethereum1 921 $▼4.79%
  • S&P 5007 592▼0.33%
13°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Cəmiyyət

Məşhur iş adamı “Bizim Market”i və “Maşın bazarı”nı satdı - Azərbaycandan GEDİR

image-1660805277_fbf2a85fe2b751baa8307809ffc5cc1d1-jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bizim Market” mağazalar şəbəkəsinin və köhnə “Maşın bazarı”nın sahibi kimi tanınan iş adamı Rasim Salmanov bütün biznesini satır.

Busaat.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Bakupost” saytı xəbər yayıb.

Məlumata görə, artıq “Bizim Market MMC” satılıb. Şirkəti Promart MMC alıb.

Babək prospektində yerləşən “Maşın bazarı” isə yaxın günlərdə satışa çıxarılacaq.

R.Salmanov 1000-dən çox daşınmaz əmlakın sahibidir. İş adamının bütün əmlakını əldən çıxarmaq istədiyi bildirilir. Onun ölkəni tərk etməyə hazırlaşdığı ehtimal edilir.

Xatırladaq ki, R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.

Qalmaqallı iş adamı baldızı Həcər Quliyeva və baldızının oğlu Sahib Quliyevdən şikayətçi olaraq onları həbs etdirmişdi. Onlar “Bizim market”lərin dövriyyəsindən 4 milyon manatdan çox vəsaiti oğurlamaqda ittiham edilirdi.

2019-cu ildə R.Salmanovun ölüm xəbəri yayılmış, daha sonra bunun doğru olmadığı anlaşılmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83921