Messi Laportanın təqdimat mərasimində

image-143520backend

Barselona”nın yeni rəhbəri Joan Laporta klubun prezidenti vəzifəsininin icrasına başlayıb.

Busaat.az klubun “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, funksionerin artıq təqdimat mərasimi keçirilib. Tədbirə klubun keçmiş prezidentləri – Xosep Bartomeu, Sandro Rosell, Joan Qaspar və Enric Reyna, futbolçular – Lionel Messi, Jerar Pike, Serji Roberto, “Barselona” və “Barselona B” qadın futbol komandasının oyunçuları və işçiləri, nümayəndələr i, həndbol, basketbol və digər klublarının bəzi üzvləri qatılıb.

Xatırladaq ki, Laporta seçkilərdə səslərin 54.28 faizini toplayıb. O, Viktor Font (29,29 faiz) və Toni Freyşunu (8,58 faiz) qabaqlayıb.

Qeyd edək ki, 58 yaşlı Joan 2003-2010-cu illərdə “Barselona” prezidenti vəzifəsində çalışıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90