Pastore “PSJ”nin Messini təbrik etməməsi haqqında danışdı

image-lionel-messibackend

“PSJ”nin keçmiş yarımmüdafiəçisi Xavyer Pastore “PSJ”nin Messini 2022-ci il Dünya Kubokunu qazanması münasibətilə təbrik etməməsi haqqında danışıb.

Busaat.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

“Mən onunla bu barədə danışmadım, amma bu normaldır. Finalda məğlub olan ölkədə dünya çempionunu təbrik etmək çətin idi. Düzünü desəm, “PSJ”də olmadığım üçün son iki ildə baş verənlərdən xəbərsizəm. Mən Messinin komanda yoldaşı deyildim deyə, bu barədə danşa bilmirəm. Bu, klubla oyunçu arasında olan bir şeydir”, – Pastore qeyd edib.

Xatırladaq ki, Messi 2021-2023-cü illərdə “PSJ2də oynayıb. Bu müddət ərzində Messi 75 matçda iştirak edib, 32 qol vurub və 35 məhsuldar ötürmə verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90