Messinin iki məhsuldar ötürməsi “İnter Mayami”ni qalib etdi

image-lionel-messibackend

Busaat.az xəbər verir ki, “İnter Mayami”nin səfərdə “Los Anceles”lə qarşılaşdığı MLS-də daha bir oyun başa çatıb. Matç 3:1 hesabı ilə Mayami komandasının xeyrinə başa çatıb.

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi start heyətində meydana çıxıb və bütün 90 dəqiqəni meydanda keçirib. O, bu matçda köməkçi dubl edib. Messinin ötürmələrindən sonra Xordi Alba və Leonardo Kampana fərqlənib. Həmçinin, “İnter Mayami”də Fakundo Farias Tomas Avilesin ötürməsindən qola imza atıb. 90-cı dəqiqədə bir qolu Karlos Veranın ötürməsindən Rayan Hollinqahed geri qaytarıb.

“İnter Mayami” hazırda 25 xalla Şərq Konfransının turnir cədvəlində 14-cü, “Los-Anceles” isə öz növbəsində 40 xalla Qərb konfransında üçüncü yerdədir.

Növbəti mərhələdə “İnter Mayami” “Sportinq Kanzas Siti” ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 10-da, Bakı  vaxtı ilə saat 3:30-da başlayacaq. “Los-Anceles” də öz növbəsində həmin gün “Portlend Timbers”lə qarşılaşacaq. OyunBakı vaxtı ilə saat 6:30-da başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90