Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 547 $▼0.24%
  • Ethereum2 224 $▼0.52%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Məsuliyyətli Ordu…

image-foto4
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Bu gün əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun tarixi ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.

Azərbaycan Ordusu daim sülh tərəfdarı olmuş və bunu açıqca göstərmişdir. Lakin Ermənistan tərəfinin törətdiyi hərbi təxribatlar, xüsusən də son günlərdə  həyata keçirdiyi terror aktları Azərbaycan Ordusunu antiterror əməliyyatı həyata keçirməyə məcbur etdi. Bununla belə, ordumuz heç bir zaman mülki əhali üzərinə atəş açmamış, daim hərbi nöqtələri hədəf alaraq müvəfəqiyyətlə onları məhv etmişdir. Ermənistan mediası isə saxta məlumatlar yayaraq dünya arenasında Azərbaycan Ordusunun nüfuzunu aşağı salmağa cəhd etmişdir, lakin uğursuz alınmışdır. Çünki Azərbaycan Ordusu öz işini məsuliyyətli və professional şəkildə həyata keçirmiş, yalnız hərbi nöqtələri nişan almışdır.

Azərbaycan Ordusundan fərqli olaraq Ermənistan qüvvələri daim təxribatlar və terrorlar həyata keçirmişdir. Buna sübut olaraq son günlərdə həyata keçirdikləri terror aktlarını göstərə bilərik. Törətdikləri terror aktı nəticəsində 7 polis əməkdaşı şəhid olmuşdur. Ermənistan tərəfindən törədilən terror aktlarının qarşısı Azərbaycan Ordusunun 19 sentyabr 2023cü ildə keçirdiyi  antiterror əməliyyatı nəticəsində alınmışdır.

Təkcə son bir neçə gündə yox, eyni zamanda  2020-ci ildə 44 günlük müharibə zamanı da Ermənistan qüvvələri  Azərbaycanın dinc və mülki əhalisi üzərinə raketlərlə zərbə endirmiş və bunun nəticəsində mülki şəxslər həyatlarını itirmişdir.

Gəncə terroru – 4 oktyabr 2020-ci il, 5 oktyabr 2020-ci il , 8 oktyabr 2020-ci il,

11 oktyabr 2020-ci il, 17 oktyabr-ci il. Bu zaman 27 nəfər həyatını itirmiş , 125 nəfər isə yaralanmışdır .

Bərdə terroru – 27 oktyabr 2020-ci il, 28 oktyabr 2020-ci il. Bu zaman 27 nəfər həyatını itirmiş , 80 nəfər isə yaralanmışdır.

Ordumuz isə hərbi zonada onlara sarsıtıcı zərbələr endirərək terror qurbanlarının qisasını almışdır.

VAR OL, AZƏRBAYCAN ORDUSU!”

 Əliyeva Səyyarə Əlbəndə qızı, Bakı Qızları Universiteti.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122888