Metroda iki COVID-19 xəstəsi saxlanıldı

image-metrocovidbackend

Bakıda metrodan istifadə etmək istəyən və ictimai yerlərdə hərəkət edən aktiv koronavirus xəstələri aşkar edilib.

DİN-nin Mətbuat Xidmətindən Busaat.az-a verilən məlumata görə, metronun “Memar Əcəmi” və “Gənclik” stansiyalarına daxil olmağa çalışan 2 nəfər aktiv koronavirus xəstəsi – Qabil Ağayev və Ümüd Əliyev müəyyən olunaraq, aidiyyəti üzrə təhvil verilməklə, müalicə təyin olunan ünvana yerləşdiriliblər.

Digər iki aktiv koronavirus xəstəsi Nəsimi və Abşeron rayonlarında ictimai yerlərdə aşkar edilib. Etibar Xəlilov Abşeron rayonu “Yeni Bakı” yaşayış kompleksində, Elmar Mürsəlzadə isə Nəsimi rayonunda ictimai yerdə müəyyən ediliblər.

Bu şəxslərlə profilaktik söhbət aparılıb və xəstəliklərin yayılması üçün real təhlükə yaradan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar davam etdilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90