Milli Məclisin Mədəniyyət komitəsində Türkiyə səfiri ilə görüş olub

image-millimedeniyyetbackend

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva iyunun 30-da Türkiyə Respublikasının Azərbaycanda yeni fəaliyyətə başlayan  Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Busaat.az  xəbər verir ki, komitə sədri bildirib ki, dahi  rəhbərlər – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Biz bir millət, iki dövlətik” kəlamlarının ruhuna, fəlsəfəsinə uyğun olaraq, Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlər mövcuddur. “Dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev cənablarının  imzaladığı “Şuşa Bəyannaməsi” bu  dostluq və qardaşlığı yeni səviyyəyə qaldırıb.

Qənirə Paşayeva diqqətə çatdırıb ki, qardaş ölkələrimizin parlamentləri səviyyəsində də işbirliyi öz yüksək səviyyəsi ilə seçilir. Parlament sədrlərinin dəstəyi ilə qarşılıqlı maraq doğuran məsələlər mütəmadi olaraq müzakirə edilir, o cümlədən mədəni əlaqələrin daha güclü davamı və inkişafı ilə bağlı ardıcıl işlər görülür. Srarteji müttəfiqliyimizi təsbit edən Bəyannamənin də məhz Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində imzalanması özünəməxsus rəmzi məna daşıyır.

Hər iki ölkənin parlamentlərində qarşılıqlı əlaqələr üzrə geniş tərkibli işçi qruplarının fəaliyyət göstərdiyinin məmnuniyyətlə vurğulandığı görüşdə, o da bildirilib ki, deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda bir-birini daim dəstəkləyir, ortaq mövqedən çıxış edirlər.

Türkiyə ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəm tarixi köklərə malik olduğunu vurğulayan səfir Cahit Bağçı, səmimi görüşə görə komitə sədrinə təşəkkür edib. Səfir Azərbaycanda çox tarixi bir dövrdə diplomatik fəaliyyətə başlamasından böyük şərəf duyduğunu diqqətə çatdırıb.

Görüşün sonunda Qənirə Paşayeva Cahit Bağçıya dekorativ sənət nümunəsi olan “Xarı bülbül” xatirə hədiyyəsi təqdim edib, ona səfirlik fəaliyyətində uğurlar arzulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki