Milli Qəhrəman adı və general-leytenant rütbəsi Rövşən Əkbərovdan geri alınacaq? – AÇIQLAMA

image-1615881161_1615880393_rovshenbackend

Xəbər verdiyimiz kimi, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub.

Rövşən Əkbərovun barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçilib.

Mediada yayılan məlumatlara görə, R.Əkbərov, 19 il əvvəl Ukraynada törətdiyi qətl hadisəsinə görə, təqsirli bilinərək saxlanılıb.

Bəs görəsən, o, həyata keçirdiyi cinayət əməlinə görə Milli Qəhrəman adı və general leytenant rütbəsindən məhrum edilə bilərmi?

Tanınmış vəkil Roman Qaraşov azxeber.az-a açıqlamasında deyib ki, 19 il əvvəl törədilən cinayətə görə məsuliyyətə cəlb edilməyə cinayət qanunvericiliyi imkan verir və onun rütbələri geri alına bilər:

İlk növbədə bildirirəm ki, 19 il əvvəl törədilmiş cinayətə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə cinayət qanunvericiliyi yol verir, çünki bu xüsusilə ağır cinayətlər kateqoriyasına aid əməl kimi tövsif olunur.

Həmçinin AR Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, faxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar qəbul edir.

Digər tərəfdən, təqsirkarı ordendən, medaldan, fəxri addan və ya ali zabit rütbəsindən məhrumetmə haqqında səlahiyyətli ali hakimiyyət va icra orqanlar qarşısında məsələnin qaldırılması və şəxsin belə adlardan va ya hərbi rütbədən məhrum edilməsi heç də cəzanın növü kimi deyil, törədilən ağır cinayatin doğurduğu nəticə kimi başa düşülməlidir. Yəni həmin cinayət əməli sübuta yetirilərsə, onun ali xüsusi rütbəsi, orden və medallarının geri alınması barədə məhkəmə təqdimat verə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90