Millimiz İspaniyaya qarşı – Avropa çempionatı

image-158782_77ngzi32ehbackend

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsində bu gün ikinci oyununu keçirəcək.

Busaat.az xəbər verir ki, millimiz İspaniya ilə qarşılaşacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Oyun İTV kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Joze Alesionun komandası ilk turda Gürcüstana 2:3 hesabı ilə uduzub. İspaniya isə Bosniya və Herseqovinanı darmadağın edib – 5:1. Yığmamız qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90