Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.86 $▲1.22%
  • WTI neft85.66 $▲0.76%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.182 $▲3.08%
  • Qızıl3 853 $▼0.63%
  • Gümüş47.19 $▼0.63%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 927 $▼1.37%
  • Ethereum1 797 $▼1.17%
  • S&P 5007 329▼1.23%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Millimizin ev oyunu azarkeşsiz keçiriləcək- UEFA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün UEFA və ona üzv olan 55 milli assosiasiyanın baş katibləri arasında videokonfrans formatında iclas keçirilib.

Busaat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, iclasın gündəliyində duran əsas məsələ azarkeşlərin avrokubok matçlarına tədricən qayıdışının müzakirəsi olub.

Yığıncaq iştirakçıları fanatların stadiona girişinə icazə verməzdən əvvəl matçda iştirak edənlərin hamısının sağlamlığını təmin etmək üçün ciddi gigiyena tədbirlərinin görülməsinin vacibliyini vurğulayıblar.

UEFA azarkeşlərin sentyabrın əvvəlində keçiriləcək Millətlər Liqası matçlarında iştirak etməsinə icazə verməyin hələ tez olduğunu və bunun üçün əvvəlcə test oyunlarının keçirilməsinin vacibliyini qeyd edib.

Qitə futbol qurumu bunun sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək UEFA Super Kuboku uğrunda oyuna az sayda tamaşaçı buraxmaqla sınaqdan keçirilməsini təklif edib.

Qeyd edək ki, bu gün müzakirə olunan məsələlərlə bağlı yekun qərar UEFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

Xatırladaq ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci görüşünü isə 3 gün sonra səfərdə Kiprə qarşı keçirəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16002