Minik maşını işıq dirəyinə çırpıldı

image-17206335716427337340_1200x630backend

İmişli rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az bu barədə AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə İmişli şəhəri, Heydər Əliyev prospektində qeydə alınıb.

Məlumata görə, İmişli sakini, 1995-ci il təvəllüdlü Səfərli Fəxri Qalib oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə zamanı xəsarət alan sürücü İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki