Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.20 $▼2.12%
  • WTI neft90.36 $▼1.83%
  • Avropa qazı (TTF)89.05 €▼0.66%
  • Təbii qaz (ABŞ)3.031 $▲1.61%
  • Qızıl4 076 $▲0.64%
  • Gümüş52.03 $▲1.20%
  • Pambıq78.45 ¢▲0.47%
  • Buğda595.00 ¢▲0.04%
  • Bitcoin75 505 $▼0.61%
  • Ethereum2 223 $▼0.52%
  • S&P 5007 354▼4.36%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Maraqlı

Minlərlə tabut Azərbaycana niyə gətirilib?

image-1543400
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2025-ci ilin yanvar–oktyabr aylarında Azərbaycana 8 min ədəd ağacdan hazırlanmış tabut idxal olunub. Rəsmi gömrük statistikasına görə, bu məhsulların hamısı Çindən gətirilib.

Diqqətçəkən məqam ondan ibarətdir ki, cəmi bir il əvvəl — 2024-cü ildə tabutun nə idxalı, nə də ixracı ilə bağlı statistikada heç bir məlumat yer almayıb. Başqa sözlə, bir il ərzində göstərici sıfırdan minlərlə ədədə yüksəlib.

Busaat.az olke.az-a istinadən xəbər verir ki, rəqəmləri gündəlik ritmə çevirsək, bu, demək olar ki, hər gün orta hesabla 25 tabutun ölkəyə daxil olması deməkdir. Halbuki Azərbaycanda dəfn mərasimləri əsasən islam qaydalarına uyğun keçirilir və tabut, adətən, yalnız cənazənin daşınması üçün istifadə olunur. Mərasim başa çatdıqdan sonra isə tabut geri qaytarılır və ya məscidə təhvil verilir.

Ölkədə ağac emalı sahəsi olduğu halda tabutun xaricdən idxalı maraq doğurur. Tabutların hansı qurumlar və ya ehtiyaclar üçün alındığı barədə məlumat yoxdur.

Xatırladaq ki, Azərbaycanda yaşayan xristian icmaları tabutdan dini ayinlərinə uyğun olaraq istifadə etsə də, bu icmaların sayının idxal olunan minlərlə tabutu tam izah edib-etmədiyi açıq qalır.

Görünür, bu rəqəm ölüm sayının artması ilə deyil, daha çox logistika, qiymət fərqi və mərkəzləşdirilmiş satınalma ilə bağlı ola bilər.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178581