Minskdə mühüm konfrans: Azərbaycan və Belarus jurnalistləri bir araya gəldi – FOTOLAR

image-1backend
Belarusun paytaxtı Minsk şəhərində Belarus və Azərbaycan jurnalistlərinin iştirakı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr edilmiş “Azərbaycan və Belarus mediası: Birgə əməkdaşlığın pespektivləri” mövzusunda konfrans keçirilib. 
Görüşdə Belarus Jurnalistlər İttifaqının sədri, deputat Andrey Krivoşeyev, Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev, Belarusun ən yüksək tirajlı qəzetlərindən olan “Veçerniy Minsk” qəzetinin baş redaktoru Yuliya Denişik, “Belarus 24” Televiziyasının baş direktorunun müavini Dmitriy Voronyuk, Belarus Milli Radiosunun direktor müavini Nadejda Lısenko, Belarusun ən məşhur blogerlərindən olan Vitali Xramsou, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, Editor.az informasiya portalının baş redaktoru Fərid Şahbazlı, ictimaiyyətlə əlaqələr üzrə fəlsəfə doktoru Müşfiq Hüseynov çıxış edib.
Konfransda Belarus və Azərbaycanın gənc jurnalist və blogerəri üçün press-turların təşkili, multimedia məzmununun mübadiləsi, ortaq layihələr müzakirə edilib.
Hacıbəy Heydərli çıxışında qeyd edib ki, Azərbaycan və Belarus arasında bütün sahələrdə münasibətlər ən yüksək səviyyədədir:
“Hər iki dost ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və
Belarus beynəlxalq müstəvidə hər zaman bir-birini dəstəkləyən ölkələrdir. Bu münasibətlərin media sahəsində də çox böyük potensialı var. Belarus Jurnalistlər İttifaqı ilə bərabər biz iki ölkənin jurnalistləri və blogerləri arasında münasibətləri yeni səviyyəyə qaldırmaq niyyətindəyik. Eyni zamanda dezinformasiya və saxta xəbərlərə qarşı da birgə mübarizə aparacağıq”.
Tədbirdə çıxış edən Editor.az informasiya portalının rəhbəri Fərid Şahbazlı hər iki ölkənin media sahəsində əməkdaşlıq perspektivlərindən danışıb:
“Bu gün media dünyada çox böyük gücdür. Belə bir yeniləşən dünyada informasiya təhlükəsizliyi, dezinformasiya və saxta xəbərlər ilə mübarizə, sosial medianın cəmiyyətə təsiri və bu kimi mövzular daha da aktullaşır. Hesab edirəm ki, hər iki ölkənin gəncləri bu görüş çərçivəsində, növbəti mərhələdə birgə konfranslar, təlimlər, dəyirmi masalar reallaşdırmalıdırlar”.
Belarus Jurnalistlər İttifaqının sədri Andrey Krivoşeyev çıxışında bildirib ki, növbəti mərhələdə birgə media məktəbləri, bloqer layihələri və press-turlar baş tutacaq.
Belarus Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Aleksey Belyayev qeyd edib ki, Azərbaycan ilə tələbə mübadiləsində maraqlıdırlar:
“Bizim akademik mübadilələrdə iştirak etmək, yəni tələbələrimizi təcrübə keçmək üçün Azərbaycana göndərmək imkanlarımız var. Eyni zamanda azərbaycanlı tələbə-jurnalistlər ilə də ortaq layihələr həyata keçirə bilərik. Biz həmçinin professor-müəllim heyətinin mübadiləsində də maraqlıyıq”.
Tədbirin sonunda xatirə şəkli çəkilib.
1750837942 43a9ac4e 0b35 40dc 925f e967841dde20
1750838028 40596870 facb 4225 af8e 838014de25d9
1750838003 3ae4c0d5 dfe3 4487 b60b 069f59b27b72
1750838006 74112d0e 872e 4c71 b7b5 35d5b3767069
1750838022 db421a18 fdec 40b5 9a9e e68e030703c6
1750838013 dad3fd56 02f0 49bc a5cd a9c72a6e604b
1750837944 f8c30524 953e 4434 8829 dfbd9fb538b2
1750837977 adb894bd f496 4e02 8c08 c6c24599a9fc
1750837942 e5115090 b79a 4c88 ab17 8e5905fefdfa
1750837993 0e207020 3fb8 4722 bdbd 935be86b2c9c
1750837999 cdc7a416 3f72 4a15 b07b 42c64f907a24
1750837970 4f4cd4c6 6e4a 4bd8 8a2b c775dec880c9
1750838035 364b2359 0019 483f a1d9 637b92afd349
1750837980 3b9bd678 d0d1 4a9c b1b8 8a0d5af116b2

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki