Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 625 $▼0.55%
  • Ethereum2 372 $▼0.53%
  • S&P 5007 624▼0.52%
20°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Siyasət

Misirlə ilk diplomatik təmas: Heç bir şərt irəli sürülməyib

image-mevlut-cavusoglu-aa-1537589_2

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Misir arasında diplomatik təmasların başlandığını söyləyib. Busaat.az xəbər verir ki, Çavuşoğlu danışıqların yol xəritəsi çərçivəsində davam etdiyini bildirib.

“Misirlə danışıqlara start verilib. Kəşfiyyat səviyyəsində danışıqlar davam edərkən, diplomatik əlaqələr də qurulub. Misirlilərdən bu anda heç bir ilkin şərt və ya bizdən hər hansısa bir şərt irəli sürülməyib. Çünki uzun illər münasibət sabit olmadığı üçün bir gündə heç nə olmamış kimi davranmaq o qədər də asan deyil”-deyə, Türkiyənin XİN başçısı vurğulayıb.

Çavuşoğlu açıqlamasında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bağlı da mesajlar verib: “Əbu-Dabidən daha çox müsbət mesajlar görürük. Türkiyəyə qarşı mənfi kampaniyanı azaldıblar. Bzim də bu ölkələrlə heç bir problemimiz yoxdur. Vaxtı ilə bizə mənfi münasibət göstərsələr də, hazırda bu ölkələrlə problemimiz yoxdur”.

Çavuşoğlu ABŞ-la aparılan “S-400” danışıqlarına da münasibət bildirib: “Amerikalılarla heç vaxt hər hansı bir model haqqında danışmamışıq. Sadəcə, “S-400”, YPG/PKK məsələsi deyil, digər məsələləri də müzakirə etməyin lazım olduğunu demişik. Təbii ki, bu kimi məsələləri telefonda müzakirə etmək də doğru olmaz”.

 

 

 

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul