Moped qəzasında həlak olan gənc tələbə idi

image-esreffjpg-1747655118backend

Bakıda mopedlə qəzaya düşərək həlak olan 21 yaşlı Əşrəf Mirzəyev tələbə olub.

Busaat.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

“Əşrəf Mirzəyev Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi idi. Dünən avtoqəza nəticəsində həyatını itirdi. Çox ağıllı, mədəni, mehriban insan idi.

Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirmişdi. Universiteti bitirib iyul ayında əsgər gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı. Xəyalları, arzuları yarımçıq qaldı…”, – E.İslamoğlu əlavə edib.

Qeyd edək ki, hadisə Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 58 ünvanının qarşısında baş verib. Sadəddi Ağakişiyevin sükanı arxasında olduğu “Toyota Prius C” markalı avtomobillə Samir Məmmədovun idarə etdiyi “Minsk” markalı moped toqquşub. Nəticədə mopeddə olan sərnişin 21 yaşlı Əşrəf Mirzəyev müxtəlif dərəcəli xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki