Moskva görüşündən gözləntilər: “Rusiyanın bundan o tərəfə nəsə edə bilməsi çətindir” – ŞƏRH

image-2023-05-19t114329z_1270971727_rc2n11aukned_rtrmadp_3_armenia-azerbaijan-russia-talksbackend

“Vaşinqton və Brüssel görüşlərində kifayət qədər real nəticələr əldə edilib”.

Bu fikirləri Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında Moskvada keçirilən üçtərəfli görüşün mümkün nəticələri barədə danışan politoloq Turan Rzayev Busaat.az-a açıqlamasında deyib.

image-346158627_781953413637768_8205538209826847064_n

 

Turan Rzayev bildirib ki, Moskva görüşü Vaşinqton və Brüssel danışıqlarından fərqli olaraq əlavə nəticəlilik vəd etmir:

“Moskva görüşünün Brüssel görüşündən bir fərqinin olacağını düşünmürəm. Məsələ ondan ibarətdir ki, Brüsseldə  verilən qərarlar Moskva və ya Soçidə icra edilir. Prinsip etibarilə fərqli danışıqların olacağı qənaətində deyiləm. Çünki Brüssel görüşündə kifayət qədər konstruktiv danışıqlar getdi.

Əldə edilən razılaşmalara da baxsaq, bir çoxları Rusiyanın sənədlərinə istinadən verilibdir. Məsələn, 1991 – ci il Almatı bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün tanındığı bildirilir. Rusiyanın bundan o tərəfə nəsə edə bilməsi çətindir. Hesab edirəm ki, danışıqlar Brüsseldə gedən danışıqlar üzrə cərəyan edəcək. Əlbəttə, görüş ümumi mənada diqqət çəkir.

Vaşinqton və Brüssel görüşlərində kifayət qədər real nəticələr əldə edilib. Moskva görüşündə də bu mənada bənzər təkliflərin və bəyanatların olacağı realdır. Hətta mümkündür ki,  Moskvada bu təkliflərin icrası daha çox ön planda olsun və gerçəkləşdirilsin.”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki