Moskva və Vaşinqtonun Bakı ilə İrəvanın sülh bağlamasına etirazı yoxdur – Markedonov

image-usa-azerbaijan-armenia-usa-azerbaijan-armenia-painted-flags-wall-crack-azerbaijan-united-states-america-237903666backend

Münxendə illik təhlükəsizlik konfransı çərçivəsində ABŞ dövlət katibi, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçirilib. Bu forum ənənəvi olaraq diqqət mərkəzindədir. Görüş geniş şəkildə qlobal siyasətin perspektivləri ilə bağlı fikirlərin icmalı kimi qəbul edilir. Münxendə Qərb liderlərinin Rusiya revizionizminə qarşı mübarizə planları hazırlaması olduqca simvolikdir.

Busaat.az xəbər verir ki, bunu Beynəlxalq Tədqiqatlar İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin (MGIMO) aparıcı elmi işçisi Sergey Markedonov “Telegram”da yazıb.

“Belə bir kontekstdə Antoni Blinken, İlham Əliyev və Nikol Paşinyan arasında danışıqlar bir çox şərhçilər tərəfindən ABŞ və onun müttəfiqlərinin Azərbaycan-Ermənistan nizamlanması prosesində öz dominantlıqlarını bərqərar etmək üçün bir növ cəhd kimi qəbul edildi. Belə bir qənaətin lehinə çoxlu sübutlar var. Rusiya Münxen forumunda (ard-arda ikinci ildir) iştirak etmir. 2022-ci ildən sonra Qafqaz üçün onunla Qərb (ABŞ və Aİ) arasında rəqabət kəskin artıb. .Blinkenin özü də ümidverici bəyanatlarla çıxış edirdi. Beləliklə, ABŞ dövlət katibinin fikrincə, Azərbaycan və Ermənistan otuz ildən çox davam edən münaqişədən sonra davamlı sülhün bərqərar olması üçün həqiqətən tarixi imkana malikdir. O, həmçinin Vaşinqtonun bu yolda Bakı və İrəvana tam dəstəyini vəd edib”, – Markedonov qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki