Azərbaycan və Belarus arasında əməkdaşlıq genişləndirilir

image-465278468_0_193_2144_1399_1920x0_80_0_0_963bba61531081643c398866e2cb06e8jpg-1728376590backend

“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq genişləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sözügedən Saziş iki ölkə arasında bitki sağlamlığı, zərərvericilərin və xəstəliklərin yayılmasının qarşısının alınması və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə əməkdaşlığı təşviq edir.

Protokolda dəyişiklikliyə əsasən, səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi təyin olunub.

Həmçinin Sazişə “fitosanitar sertifikat” anlayışının və bəzi müddəaların yeni redaksiyada əlavə olunub.

Protokolda Sazişin 10-cu maddəsinə yeni cümlə əlavə edilərək, Tərəflərin üzərinə nəqliyyat və gündəlik xərclərin ödənilməsi vəzifəsi qoyulub.

Bundan başqa, Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq genişləndirilib.

Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq edilməsi barədə qanun layihəsinda əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan və Belarus baytarlıq orqanları arasında əlaqələrin gücləndirilməsi, heyvan xəstəliklərinin qarşısının alınması və yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi, o cümlədən epizootiya vəziyyətinə nəzarət və qarşılıqlı məlumatlandırma sistemlərinin inkişafı nəzərdə tutulub.

Protokolda təklif edilən dəyişiklikliyə görə, səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi təyin olunub.

Bununla yanaşı, sənədə əsasən Sazişə “yem məhsulları” və “yem əlavələri” anlayışları əlavə olunub, habelə beynəlxalq epizootik büro Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə əvəz olunub.

Hər iki layihə səsə çıxarılaraq qəbul edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki