Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 757 $▲0.00%
  • Ethereum2 234 $▼0.10%
  • S&P 5007 377▲0.27%
12°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Gündəm

Mübariz İbrahimovun ata evi ziyarət olundu – Fotolar

image-16
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. “Qafqazinfo” xəbər verir ki, şəhid gizirimizin anadan olmasından 33 il ötür.

Bu münasibətlə bu gün M.İbrahimovun ata ocağı çoxsaylı insanlar tərəfindən ziyarət olunub. Qonaqlar Mübariz məktəbindən güc alan Azərbaycan əsgərinin Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğalına son qoymasından söz açıblar.

Qeyd edək ki, Mübariz İbrahimova şəhidlik zirvəsinə ucalmasından sonra Pezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. Vətən müharibəsi zamanı Mübariz İbrahimovun şəhid olduğu post işğaldan azad edilib. Posta Azərbaycan bayrağının sancılması ilə yanaşı, Mübariz İbrahimovun şəkili vurulub.

Xatırladaq ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

O, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşbr. Düşməni ağır itkilərə məruz qoyub, onların zəif cinahlarını üzə çıxarıb. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

image-13-1 image-14-1 image-16-1 image-15-1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=34332