Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft96.87 $▼3.45%
  • WTI neft89.15 $▼3.14%
  • Avropa qazı (TTF)87.40 €▼2.50%
  • Təbii qaz (ABŞ)3.002 $▲0.64%
  • Qızıl4 089 $▲0.99%
  • Gümüş52.21 $▲1.55%
  • Pambıq78.35 ¢▲0.00%
  • Buğda591.75 ¢▼0.50%
  • Bitcoin76 034 $▲0.09%
  • Ethereum2 239 $▲0.19%
  • S&P 5007 354▼4.36%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Müəllimlərə qarşı kampaniyanı kim aparır?

image-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Mingəçevirdə müəllim Zəminə Qarayevaya qarşı aparılan kampaniya narahatlıq doğurur – məsələ obyektiv və çoxşaxəli şəkildə araşdırılmalıdır!
Müəllim Zəminə Qarayeva uzun illərdir təhsil sahəsində çalışır və pedaqoji fəaliyyətində daim məsuliyyətli və peşəkar yanaşması ilə tanınıb. Hal-hazırda Mingəçevir şəhəri 14 nömrəli məktəbdə fəaliyyət göstərən bu müəllimə qarşı son günlərdə əsassız və məqsədli qarayaxma kampaniyası aparılır. Sosial şəbəkələrdə onun diplomunun guya saxta olması ilə bağlı heç bir sübuta əsaslanmayan iddialar yayılır.
Əlavə olaraq, məktəb daxilində onun vəzifəsindən uzaqlaşdırılması məqsədilə imza toplandığı da bildirilir. Xüsusilə narahatedici məqam odur ki, bu imza kampaniyasına məktəbdə fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı nümayəndəsi də qoşulub. Bu isə həm əmək hüquqları, həm də həmkarlar həmrəyliyi prinsipləri baxımından ciddi narahatlıq doğurur.
Mövqeyimiz aydındır: məsələ yalnız Mərkəzi-Aran Regional Təhsil İdarəsi səviyyəsində deyil, Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi tərəfindən də araşdırılmalı, obyektivlik tam şəkildə təmin olunmalıdır.
Eyni zamanda, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) bu məsələni diqqətə almalı, həmkarlar ittifaqı nümayəndəsinin bu cür proseslərə cəlb olunması ilə bağlı münasibət bildirməlidir. Həmkarlar ittifaqının əsas missiyası əməkdaşın yanında olmaqdır – ona qarşı kampaniyada yer almaq deyil.
Təhsildə şəffaflıq, hüquq və ləyaqət prinsipləri qorunmalıdır. Bu məsələdə susmaq tərəfsiz qalmaq deyil – susmaq haqsızlığın bir parçası olmaq deməkdir.
Əmrah Həsənli
 Təhsil eksperti
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=162048