“Muğanbank” yanğınla bağlı açıqlama yaydı

image-muganbackend

“Muğanbank” Abşeron rayonunda yerləşən “Ticarət” filialındakı yanğınla bağlı açıqlama yayıb.

Busaat.az həmin açıqlamanı təqdim edir:

“Ötən gün axşam 10 radələrində “Muğanbank”ın Abşeron rayonunda yerləşən “Ticarət” filialının köməkçi otağında ehtimala görə qısa qapanma nəticəsində alışma baş verib. Hadisə yerinə dərhal FHN əməkdaşları və polis cəlb edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində alışma söndürülüb.

Köməkçi otaqda yerləşən kondisioner və istifadə olunmayan mebel yararsız hala düşüb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90