Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 024 $▲1.43%
  • Ethereum1 828 $▲3.36%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

“Özüm də başa düşmədim ki, necə sağ qaldım” - Güllələnən Fazil Mustafadan ilk açıqlama

image-1680028180_420221320_0_0_2001_1125_1920x0_80_0_0_900480207b272ff3a1cd8c9676b59cda
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

Busaat.az xəbər verir ki, o, “Haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev ilə əlaqə saxlayıb.

F.Mustafa jurnalistə açıqlamasında bunları deyib:

“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: “Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram”.

Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105065