Müharibə ritorikası gündəmə niyə gətirilir ?

image-143544650_3629150923849169_7500030351517862695_nbackend

Bir neçə aydan sonra İkinci Qarabağ müharibəsinin bitməsinin 1 ili tamam olacaq. Lakin az qala hər gün yeni müharibə anonsları verilir. Maraqlı tərəfi də odur ki, cəmiyyət bunu müsbət qarşılayır. Ermənistanın bəzi rəsmiləri, partiya sədrləri və digər ictimai-siyasi xadimləri öz cəmiyyətlərini revanşizmə səsləyirlər və Qarabağdakı qondarma rejimin statusunun müəyyən olunmamısını əsas gətirərək münaqişənin bitmədiyini deyirlər. Azərbaycan Prezidenti də bütün açıqlamalarında münaqişənin sona yetdiyini və  Ermənistanın müharibə hədələrinə onlar üçün ağır nəticələr olacağını söyləyir.

10 noyabr Bəyanatından sonra Rusiya Prezidenti V. Putin sazişdən çıxmağı  Ermənistana eyham vurmaqla intihar adlandırmışdı, çünki Azərbaycan üçün şərtlər əlverişli idi. Bu günə qədər “Dağlıq Qarabağda “ erməni hərbi cinayətkar qoşunları tərksliah olunmayıb. Halbuki bəyanatda açıq şəkildə qeyd olunmuşdur. Daha da konkretləşdirsək Rusiya sülhməramlıları erməni hərbi birləşmələri çıxdıqca əraziyə yerləşməli idilər. Amma bu olmadı. Sülhməramlılar da gəldi və tam olaraq yerləşdi, hərbi birləşmələr isə oradadırlar.  Bir neçə gün dalbadal Şuşa və Şuşa ətrafı atəşə tutuldu, cavabdehlik daşıyan Rusiya isə quru bəyanat verdi, rəsmi səhifəsində kobud səhv buraxdı və “ Dağlıq Qarabağ ordusu “ ifadəsi işlətdi.

Sentyabrın 2-də Xankəndində qondarma rejim “ müstəqilliyin”  “ 30 illiyini “ keçirmək niyyətində olduqlarını bildirirlər. Paşinyan məzuniyyət bəhanəsi ilə yaxasını kənara çəkdi. Görünən odur ki, təsadüfi deyil. Erməni mətbuatına istinadən Ermənistandan rəsmi adamların iştirakı gözlənilmir. Sakit bir atmosferdə qeyd etmək istəyirlər. Bu addımı rəsmi Bakını hiddətləndirmək üçün atdıqlarını qələmə verirlər. Rəsmi Bakı hələ ki, heç bir açıqlama verməyib,çox güman ki, gözləmə mövqeyindədir. Azərbaycan haqlı tələbini Rusiyaya bildirməlidir, Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Azərbaycan ərazisində müvəqqəti olduqlarını unutmamlıdırlar. Qarabağ Azərbaycan yurisdiksayına daxil olduğuna görə istənilən vaxt antiterror  əməliyyatları keçirə bilər. Rusiya faktoru işi çətinləşdirir, reallığı da qəbul etmək lazımdır. Ancaq Azərbaycan hələ Rusiyaya mandat verməyib. Əgər 10 noyabr Bəyanatının bəndləri Rusiya və Ermənistan tərəfdən pozularsa Azərbaycan da çıxmaq haqqını özündə saxlayır.

Azərbaycanın da siyasi, hərbi və diplomatik təzyiq vasitələri mövcuddur. Azərbaycan da regionda tək deyil, Türkiyənin regional maraqları Azərbaycanla üst-üstə düşür. Ermənistanın , Rusiyanın, İranın və digər regionda maraqları olan dövlətləri narahat edən amillərdən biri Türkiyənin hərbi mövcudluğudur. “ Şuşa bəyannaməsini“ həzm edə bilmirlər. Azərbaycanın suverenleyinə qarşı istənilən təcavüz aktında  Türkiyəni Azərbaycanın yanında görəcəklər. Müharibənin ən qızğın vaxtı yadınıza gəlirsə, Prezident İlham Əliyev kənardan aqressiya olacağı təqdirdə Türkiyənin    “ F16 “ hərbi təyyarələrini qarşılarında görəcəklərini əminliklə söylədi. Qarşılıqlı anlaşmalarda Azərbaycan tərəfi hər zaman səbr nümayiş etdirir, amma səbrin daşdıqda da nəticəsini gördülər.

Müharibə təhlükəsi hər zaman var, o vaxta qədər ki, Ermənistanla Azərbaycan arasında yekun sülh imzalanmayıb. Sülh sazişinin mahiyyəti odur ki, Ermənistan ərazi iddialarından əl çəkir, sərhədlərin delimitasiya prosesi başlayır. Regionda bütün kommunakasiyalar açılır və bölgədə sabitlik hökm sürür. Bəzən yanlış olaraq təqdim edilir ki, Azərbaycan və Ermənistan arasında ona görə sülh bağlanmır ki, nə dövlətlər, nə də xalqlar buna hazırdır. Cüzi həqiqət var, ancaq buna mane olan kənar qüvvələrdi, münaqişə daimi olanda marağı olan dövlətlər üçün bundan gözəl fürsət ələ düşməz.

Azərbaycan öz hərbi potensialını artırmalıdır, diplomatik fəaliyyətini daha da gücləndirməlidir. Yeni risklərlə hər an rastlaşa bilərik, bundan heç kəs sığortalanmayıb. Necə deyərlər “əl hər zaman tətikdə olmalıdır “.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90