İkinci Qarabağ müharibəsi zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı hərbi müxbir Andrey Kots Moskvada marixuana ilə saxlanılıb.
Busaat.az xəbər verir ki, “RİA Novosti“nin jurnalisti Andrey Kots fevralın 10-na keçən gecə saxlanılıb.
Bildirilir ki, jurnalistin üzərində naməlum maddə olan bağlama aşkar edilib. Daha sonra müayinə zamanı onun 2 qram ağırlığında marixuana olduğunu məlum olub. Məlumata görə, təhlükəsizlik qüvvələri Kotsa narkotik vasitələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açmağa hazırlaşır.
Xatırladaq ki, Kots qardaşları Andrey Kots “RİA Novosti” agentliyini, qardaşı Aleksandr Kots isə “Komsomolskaya Pravda” qəzetinin hərbi müxbiri kimi İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasında hərbi jurnalist kimi fəaliyyət göstəriblər.