Məzmuna keç
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 752 $▼0.00%
  • Ethereum2 230 $▼0.31%
  • S&P 5007 377▲0.27%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

“Müharibəni dayandır, Ukraynadan çıx” – NATO Putinə son sözünü dedi

image-stoltenberq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putindən Ukraynadakı müharibəni dayandırmağı və qoşunlarını geri çəkməsini istəyib.

Busaat.az xəbər verir ki, bu barədə Stoltenberq Estoniyadakı Tapa Hərbi Bazasına səfəri zamanı Böyük Britaniyanın Baş naziri Boris Conson və Estoniyanın Baş naziri Kaja Kallas ilə birgə mətbuat konfransında danışıb.

NATO Baş katibi alyansın son həftələrdə Şərqi Avropada varlığını gücləndirdiyini deyib. O, müttəfiqlik sazişinin 5-ci maddəsinə sadiqliklərinin sarsılmaz olduğunu vurğulayıb.

Stoltenberq NATO ərazisinin hər kvadrat santimetrini müdafiə edəcəklərini və qoruyacaqlarını bildirib:

“NATO müdafiə ittifaqıdır. Biz Rusiya ilə münaqişəyə can atmırıq. Prezident Putinə mesajımız budur: müharibəni dayandırın, bütün qüvvələri Ukraynadan çıxarın və xoş niyyətlə diplomatik səylərə qoşulun. Dünya sülh çağırışında Ukraynanın yanındadır”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72645