“Müharibəni sona çatdırmaq üçün həll yolları axtarırıq” – Blinken

image-1385393backend

Hazırda ABŞ Rusiya ilə diplomatik təmaslardansa, Kiyev hökumətini silah və hərbi texnika ilə təmin etməyə üstünlük verir.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Onun fikrincə, Ukraynada ədalətli və davamlı sülh olmalıdır.

“Yalnız o mənada ki, bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərini əks etdirəcək. Əgər bu, Rusiyaya güc yolu ilə ələ keçirdiyi bütün əraziləri əlində saxlamağa imkan verən sülhdürsə, bu, ədalət deyil”, – Blinken deyib.

“Biz hər gün müharibəni sona çatdıra biləcəyimizi görmək üçün həll yolları axtarırıq. İndiki halda Rusiyanın bu müharibəni bitirəcək diplomatik qətnamə və danışıqlarda maraqlı olduğuna dair heç bir sübut görmürəm”, – Blinken bildirib.

Qeyd edək ki, Blinken Efiopiya və Nigeri əhatə edən Afrika turundadır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90