Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼0.95%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 868 $▲0.15%
  • Ethereum2 234 $▼0.10%
  • S&P 5007 377▲0.27%
10°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Dünya

Müharibənin 14-cü günü: Ukrayna MN məlumat yaydı

image-1646806904_1646806459_8c18f2af-d4220ac0f59a0d62d085a36c8d7e9229
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ukraynanın şimal-qərb istiqamətində Polesye və Volınsk əməliyyat dairələrində, eləcə də Ukraynanın dövlət sərhədində yerləşən Nejin, İvanisa, Trostyanes yaşayış məntəqələrində, Çerniqov şəhərində döyüşlər davam edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində məlumat yayıb.

Məlumata görə, müdafiə qüvvələri paytaxt Kiyev şəhərindən Rusiya qoşunlarını geri oturdur:

“Cənub istiqamətində müdafiə qruplarının Ukrayna milli sərhədini, dəniz sahillərini, hava limanlarını, vacib infrastrukturlarını müdafiəsi davam edir. Qoşunlar başqa istiqamətlərdə sabitliyin qorunması və ərazilərin müdafiəsi üzrə əməliyyat tədbirləri keçirirlər. Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya qoşunlarının mövqelərinə raket-bomba zərbərləri endirir, döyüş dəstələrinin və ölkənin vacib infrastrukturlarının hava hücumundan müdafiəsini reallaşdırırlar. Şəxsi heyətdən çoxsaylı itki verən qarşı tərəf təlim tədbirləri adı altında yığım edərək onları işğal etdiyi Krım ərazisində, Krasnodar vilayətində, Donetsk və Luqanskın ayrı-ayrı rayonlarında yerləşdirir. Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb. Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir. Çerniqov vilayətində Rusiya hərbçiləri tərəfindən müvəqqəti olaraq ələ keçirilən ərazilərdə qarşı tərəf beynəlxalq humanitar hüququ pozaraq silah və hərbi texnikanın yaşayış binaları və yerlərində gizlədir. Xersonda Rusiya hərbçiləri mülki paltar geyinərək Nikolayev şəhəri istiqamətində hərəkət edirlər. Rusiya qoşunlarının şəxsi heyəti arasında çoxlu sayda canlı qüvvə və hərbi texnika itkisinə görə böyük vahimə yaşanır”.
Qeyd edək ki, martın 9-da Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür.
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72921