Münasibətlərimiz çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub

image-serbiyabackend

Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bu əməkdaşlığın güclənməsi, inkişafı üçün Prezident İlham Əliyev xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin uğurlu gələcəyi və tərəqqisi naminə çox mühüm addımlar atır.Hələ cənab Prezidentin 2015-ci ildəki səfəri zamanı Avropa İttifaqına üzv olan Bolaqrstanla imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə çox böyük əhəmiyyətə malikdir.Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Əslində 44 günlük Vətən müharibəsindən sonra öz gücünü bütün dünyaya göstərmiş dövlətimiz Ali Baş Komandan İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində iqtisadi cəbhədə də ön sıralardadır.
Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.İndiki həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən çəkilməsində mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha ölkə başçısının enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin çəkilməsində mühüm rola malikdir.Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn dinamika üzrə inkişaf etdirməkdədir.
Hazırda İlham Əliyevin dünyanın diqqətini ölkəmizə cəlb etməsi ,qaz hasilatının iki dəfə artması ,tərəfdaşlarının qazla təminatı gələcəyin daha böyük uğurlarına yönəlmiş çox əhəmiyyətli addımdır.Bolqarıstan, eyni zamanda, NATO və Avropa İttifaqının üzvüdür. Yəni, sadəcə bu fakt yetərlidir ki, xarici siyasətimizdə atılan uğurlu addımlar , birgə layihələr, qarşılıqlı tərəfdaşlıq münasibətlərimizin hər iki ölkə üçün nə qədər böyük əhəmiyyət daşıdığının fərqində olmalıyıq. Azərbaycanın bugün təbii sərvətilə ,düşünülmüş iqtisadi planları , istər ölkə daxilində ,istər ölkə xaricində böyük layihələrə imza atması onun nüfuzunu ikiqat artırmaqdadır. Eyni zamanda Azərbaycanın Avropadakı investisiyaları qarşılıqsız qalmamaqdadır. Avropa ölkələri xüsusilə də tərəfdaş Bolqarıstan dəfələrlə bildirib ki , Qarabağda yeni infrastrukturun qurulmasında, xüsusilə də turizm sektorunun inkişafında Azərbaycana dəstək olmağa, birgə əməkdaşlığa daim hazırdırlar. Atılan uğurlu imzalar bir layihədə qalmayıb , ölkəmizə daim yeni investisiyaları cəlb etməkdə davam edir. Bu uğurlu siyasət həm Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həm 44 günlük müharibədə, həm də ondan sonra aparılan quruculuq və bərpa işlərinin sürətlə davam etdirilməsinə təkan verir.

Nəsimi rayon 16 N-li Texniki Humanitar Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Afaq Nəbiyeva

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90